Qıjıkimilər.

Müasir qıjıkimilər psilofitlərdən başlanğıc almış və devon dövründə meydana çıxmışlar.Daş kömür dövründə geniş inkişaf etmiş nəhəng ağaclar olmuşlar (25-30 m).

  • Qıjıların 11500 növü var.
  • qıjılar haqqında elm Pteridologiya adlanır.

Qıjılar ali sporlu bitkilərə aiddir.Mamamırlardan fərqli olaraq,qıjıkimilərin gövdə və yarpaqdan başqa inkişaf etmiş kökləri (saçaqlı) olur.Kök yalnız vegetativ orqandan (kökümsov gövdədən) əmələ gəlmişdir.Onlar sporlar vasitəsilə çoxalırlar.

Mayalanma prosesi,mamırlardakı kimi suyun iştirakı ilə gedir.

Qıjıkimilərə qıjılar,qatırquyruğular və plaunlar aiddir.

Qədim bitkilər olan qıjıkimilərə rütübətli və kölgəli yerlərdə,xüsusəndə meşə örtüyü altında rast gəlinir.

Əksəriyyətinin gövdəsi otşəkillidir,tropik Asiya,Amerikda ağacşəkilli formalarınada rast gəlinir.Qıjıkimilər arasında lianlarada rast glinir.

Qıjılar:

ölçüləri bir neçə mm_dən bir neçe metrə (25-30 m) qədər olur.Geniş yayılan nümayəndəsi erkək qıjı çoxillik bitkidir.Yerüstü gövdəsi olmur.Yeraltı gövdəsi kökümsovdur.Kökümsovlardan əlavə köklər və yerüstü yarpaqlar çıxır.

İlk dəfə olaraq əlavə köklər meydana gəlmişdir.

Yarpaqlar uzun saplaqlı ikiqat lələkvari yarpaqları qısa gövdə üzərində yerləşir.Qıjının yarpaqları spiralvari burulur və zoğ kimi uc hissədən böyüyür (yazda).

Qıjının yarpağı həm fotosintezdə,həmdə spor əmələ gəlmədə iştirak edir.

Qıjıda fotosintez nəticəsində əmələ gələn üzvi maddələrin bir qismi kökümsovda ehtiyyat halında toplanır.

Çoxalamsı:

cinsi ve qeyri cinsi nəslin növbələşməsi

Bu zaman cinsi və qeyri_cinsi nəsil növbələşir.Mamırlardan fərqli olaraq,yetkin qıjı qeyri_cinsi nəsil hesab edilir( üzərində spor əmələ gəldiyi üçün).Qeyri-cinsi nəslin nisbi üstünlüyü mövcuddur.

Qıjının sporları yarpağın altında,qonur-qəhvəyi qabarcıqların daxilindəki,sporangilər adlanan kisəciklərdə yerləşir.

.

Sporlar meyoz bölünmə nəticəsində əmələ gəlir.Yetişmiş sporlar küləklə yayılır.Cücərən sporlardan əlverişli şəraitdə,yaşıl rəngli nəsil portal inkişaf edir.

Protal ikicinslidir,üzərində ziqot əmələ gəlir.

Cinsi çoxalma orqanları ilk cücərtidə —protalda olur.Potal sərbəst halda yaşayır,torpağa rizoidlərlə yapışır.onun alt hissəsində yerləşən xüsusi orqanlarda spermatozoidyumurta hüceyrə inkişaf edir.Spermatozoidlər qamçıların köməyilə yağış suyuşeh damcısında hərəkət edərək yumurta hüceyrə ilə birləşir.Bu zaman mayalanma baş verir və ziqot əmələ gəlir.

Ziqotdan inkişaf edən yeni cücərti özü fotosintez edənə qədər protalın hesabına qidalanır.

Bir müddət sonar isə yetkin bitki inkişaf edir.

Əhəmiyyəti:

  • Daş kömrün əmələ gəlməsində iştirak edir.Daş kömürdən yanacaq kimi istifadə edilir.Ondan ,həmçinin,metaləritmədə istifadə edilən koks,anilin boyası,ətriyyat sənayesində istifadə olunan maddələr və.s alınır.

Erkək qıjının kökümsov gövdəsindən tibdə qurdqovucu dərman kimi istifadə olunur.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma