Qatırquyruğu & Plaun.

Qatırquyruğu:

Hündürlüyü 15-30 sm olan çoxillik ot bitkisidir.Daha çox bataqlıqda,tarlalarda və nəm torpaqlarda geniş yayılıblar.

Qatırquyruğu cinsinin Azərbaycan Respublikası ərazisində düzən sahədən başlamış subalp qurşağadək 6 növü yayılmışdır.

.Qatırquyruğu turşuluğu çox olan torpaqlarda bitir (bioloji indiqator).

Torpaqda budaqlanan uzun,şaxələnmiş kökümsovu olur.Kökümsovdan iki tip zoğ-yay və yaz zoğu əmələ gəlir.

Yaşıl rəngli yay zoğu budaqlanan buğumlu gövdəyə malikdir.Hər buğumundan pulcuqşəkilli yarpaqlar olan budaqcıqlar çıxır.

Qatırquyruğunun yarpaq düzülüşü topadır.

Yay zoğu fotosintez edir və kökümsovunda ehtiyyat qida maddəsi toplanır.

Fotosintez edən yaşıl vegetativ zoğlar payıza qədər inkişaf edir.

Yay zoğu quruduqdan sonra kökümsovlar qışlayır.Yazda onlardan qonur rəngli yaz zoğları inkişaf edir.Onlar fotosintez etmirlər və kökümsovdakı ehtiyyat qida hesabına qidalanır.Qonur zoğların təpəsində spordaşıyan sünbülcüklər əmələ gəlir.Sünbülcüklərdə sporlar yetişir.Sporlar mart-aprel aylarında yetişir.

Yetişmiş sporlar küləklə ətrafa yayılır.

Plaun:(qurdayağı)

Plaunkimlər paleozoy erasının silur dövründə yaşamağa başlamışdır

İynəyarpaqlı məşələrdə rast gəlinir.Küknar ağacını xatırladır.Çoxillik və həmişəyaşıl bitkidir.Dik qalxan və haçavari budaqlanan budaqcıqlar əmələ gətirir.Gövdə başdan-başa açıq-yaşıl rəngli kiçik yarpaqcıqlarla örtülür.Dik duran gövdəsində yayda açıq-sarı sporlar yaranır.Sporlar küləklə yaranır.

Ana hüceyrə reduksion bölünmədən sonra haploid sporlar yetişdirir. Bütün sporlar quruluş və formaca eynidir. Sporların tərkibində 50 % – ə qədər qurumayan piyli yağ vardır. Əlverişli şəraitdə onlar çox yavaş – yavaş ( 12 – 20 il müddətində ) inkişaf edərək qametofit nəsil əmələ gətirir. Qametofit boşqab formasında olub , ikicinslidir , yəni öz üzərində həm anteridi , həm də arxeqoni yetişdirir. Bunlar parenxim tipli toxumalardan təşkil olunmuşdur. Anteridi girdə , arxeqoni isə kolba formasındadır. Anteridi içərisində çoxlu miqdarda ikiqamçılı spermatozoid , arxeqoni içərisində isə yumurtahüceyrə inkişaf edir. Yumurtahüceyrənin mayalanmasından sonra ( şeh zamanı ) diploid ( 2n ) xromosomlu ziqot əmələ gəlir ki , bundan da rüşeym inkişaf edir. Rüşeym bir müddət qametofitin hesabına qidalanır və kök sistemi inkişaf edərək torpağa çatdıqdan sonra sporofit nəsil müstəqil yaşamağa başlayır.

Qatırquyruğu və plaunun çoxalması,qıjı kimi suyun iştirakı ilə gedir.

Əhəmiyyəti:

  • Çöl qatırquyruğundan və plaunun spor və yarpaqlarından böyrək xəstəliklərinin müalicəsində,dəri yanıqları zamanı və qankəsici kimi istifadə edilir.
  • Böyrəkləri təmizləyir və böyrəklərdə yığılan qum və daşın tökülməsini asanlaşdırır. Sidikqovucudur. Bədəndə yığılan ödəmi, suyu atır, orqanizmdəki mineral tarazlığını isə qoruyur.
  • Böyrək, sidik yolları iltihabı zamanı köməkçi vasitə kimi istifadə edilə bilər.
  • Ağciyəri qoruyur.
  • Dərini, saçı və dırnaqları möhkəmləndirir.Saçları qidalandırır və kəpəyin qarşısını alır.
  • Bütün dəri xəstəliklərinə kömək edir.
  • Qan dövranı pozuqluğunu aradan qaldırır.
  • Maddələr mübadiləsini nizamlayır.
  • Bel ağrıları zamanı qatırquyruğunu suyla həmin bölgəyə kompres etmək yaxşı nəticə verir.
  • Diş əti və ağız boşluğu iltihabını ardan qaldırmaq üçün qatırquyruğu suyu ilə qarqara məsləhət görülür.
  • Xroniki öskürək zamanı olduqca təsirlidir. Bəlğəmi təmizləyir.
  • Uşaqlarda müşahidə olunan gecə altını islatma hallarının qarşısını almaq üçün qatırquyruğu çayı güclü vasitədir.
  • Prostat vəzinin böyüməsi və iltihabı zamanı qatırquyruğu otunun möcüzəvi gücündən faydalanmaq olar.
  • Qatırquyruğunu qaynadaraq əldə edilən su ekzema, sızanaq, yara, çiban kimi problemlərin həllidir.
  • Qatırquyruğu otu həm də arıqlamaq istəyənlərin ən yaxşı dostudur. Bədəndəki şişliyi azaldır, sidikqovucu olduğu üçün bədəndə toplanmış artıq mayeni atır.

Yorum bırakın