Viruslar.

Viruslar ekosistemdə demək olar ki, hər yerdə mövcuddurlar. Virusları mikrobiologiyanın bir bölməsi olan virusologiya öyrənir. Virusların sahib hüceyrədən kənar forması virionlar kimi adlanır. Virus hissəcikləri adətən 2, yaxud 3 hissədən ibarət olur:

  1. informasiyanı daşıyan DNT, yaxud RNT-dən təşkil olunmuş genetik material
  2. Bəzi hallarda genləri əhatə edən protein qatı
  3. Proteinləri əhatə edən lipid təbəqəsi.

Təbiətdə hüceyrəvi quruluşa malik eukariot və prokariot orqanizimlərdən baçqa keçid formalar da mövcuddur.Bunlar viruslardır.(lat”virus”zəhər).Viruslar canlı və cansız varlıqlar arasında keçid təşkil edir.Ona görədə virusları bitki və heyvanlara aid etmək olmaz.Virusların varlığını ilk dəfə 1892-ci ildə rus alimi İvanovski vermişdir.

Viruslar həm prokariot, həm də eukariot mikroorqanizmlərdən bir sıra əlamətlərinə görə fərqlənirlər ki, bunlar aşağıdakı əlamətlərdir:

  1. Viruslar ancaq bir tipli nuklein turşusuna (DNT ya da RNT) sahibdirlər.
  2. Hüceyrə quruluşu yoxdur.
  3. Böyümə və ikiyə bölünmə qabiliyyətinə malik deyillər.
  4. Xüsusi metabolik sistem yoxdur.
  5. Öz tərkib hissəsinin hesabına deyil, sahib hüceyrənin hesabına çoxalır.
  6. Xüsusi zülalını sintez etmək üçün sahib hüceyrənin ribosomundan istifadə edir.
  7. Genetik parazitdir.
  8. Qoruyucu zülal örtüyü kapsid adlanır.
  9. Viruslar xüsusi üzvi maddə
  10. Viruslar üzvi maddə sintez edən struktura malik deyillər.
  11. Virusların sahib hüceyrədə çoxalması hüceyrənin məhvi ilə nəticələnir.
  12. Hüceyrəyə daxil olmuş virus sahib orqanizmin irsi materialına daxil olaraq onu dəyişə bilir.

Viruslarda hüceyrəvi quruluş,nüvə,sitoplazma və digər orqanoidlər yoxdur.Ona görə onlar heç bir zülal,yağ,karbohidrat və ATF sintez edə bilmirlər Eyni zamanda viruslarda maddələr mübadiləsi getmir.Onlar hüceyrədən kənarda qidalanmaq və çoxalmaq qabiliyyətinə malik deyillər.

Viruslar yalnız canlı hüceyrələrdə fəaliyyət göstərirlər.

Virusların yoluxma yolları:

  • Hepatit A- keyfiyyətsiz qidadan.
  • Hepatit B- qanla,steril olmayan tibbi alətlərdən,anadan plasenta ilə dölə.
  • QİÇS – qan vasitəsilə.
  • Qrip,Çiçək – hava-damcı yolu ilə.
  • Polimielit – hava-damcı,su və ərzaqla,çirklənmiş əşyalardan

 

Qeyd: İnterferon hüceyrə tərəfindən virusa qarşı sintez olunan qoruyucuu zülaldır.

İnterferonun əsas funksiyası orqanizmin toxumalarının sağlam hüceyrələrinin virusla yoluxmasının qarşısını almaqdır.Onlar xəstəliyin ilk mərhələlərində yaranır,hüceyrəarası sahəyə ifraz olunur və özündən sonrakı hüceyrələrdə virusların çoxalmasını inqibirləşdirir.220px-1RH2_Recombinant_Human_Interferon-Alpha_2b-01

Hüceyrədən kənarda olanlar kristal formasına malik olurlar.Hal-hazırda bitki,heyvan və insan və bakyeriya hüceyrəsində xəstəlik törədən 3 mindən çox virus aşkar edilibdir.

Məsələn: insanlarda çiçək,qızılca,qrip,quduzluq,ensefalit kimi xəstəlikləri viruslar törədir.

Kənd təsərrüfatı bitkilərinə (tütün,pomidor,kartof,pambıq,xiyar və.s) viruslar mozaika xəstəliyinin əmələ gəlməsinə səbəb olur.Mozaik xəstəliyinə tutulmuş bitkilərin yarlaqlarında xloroplastlar dağılır və yarpaqlarda ağ ləkələr (alabəzəklik) əmələ gəlir.

Viruslar çöp,kürəşəkilli,kubşəkilli,sapvari formalı varlıqlardır.

Ən sadə formalı virusda az miqdarda genetik material olan DNT və ya RNT-dən,onu əhatə edən zülal pərdəsindən ibarətdir.

Virusların xaricdən örtən zülal örtüyü kapsid adlanır.

Virusların çoxalması olduqca çox maraqlıdır.Virus başqa orqanizmin hüceyrəsinə daxil olur,onun zülal örtüyünü dağıdır,yalnız virusun nuklein turşusu qalır.Sonra “çoxalmış” virusun nuklein turşusu molekulu yenidən sintez olunmuş zülalla örtülür,nəticədə yeni virus əmələ gəlir.Yeni virus həmin hüceyrədən çıxır və başqasına daxil olur.Bəzi viruslar bakteriofaq və ya faqlar ( yun “faqos-yeyən) adlanır.

Bakteriofaqları 1917-ci ildə F.d’Errel aşkar etmişdir.

Bakteriofaqların quruluşu:baş,quyruq və quyruq çıxıntılarından ibarətdir.

Baş və quyruq xaricdən zülal təbəqə ilə örtülmüşdür.Başın daxilində DNT yerləşir.

Bağırsaq çöpü bakteriyalarında məskən salan bakteriofaq hər hansı hüceyrəyə daxil olmaq üçün əvvəlcə bakyeriyanın səthinə yapışır,həmin yerdən baktrriyanın örtüyünü əridir.Sonra isə öz daxililində olan DNT-sini bakteriyanın daxilinə püskürür.Nəticədə bakteriyanın DNT-sinin əvəzinə faqın DNT-si sintez olunmağa başlayır.

Virusların bu xüsusiyyətlərinə görə onlardan bir sıra xəstəliklərin:

Qanlı islah,qarınyatalağı vəba və.s müalicəsində istifadə olunur.

Viruslar 55-60° temperaturda və ulturabənövşəyi şüaların təsirindən bütün viruslar məhv olur.

Bütün viruslar Vira aləmi altında birləşdirilir. Tərkibində olan nuklein turşusunun tipinə görə 2 yarım aləmə ayrılır: DNT tərkibli viruslar və RNT tərkibli viruslar. RNT tərkibli viruslar riboviruslar, DNT tərkibli viruslar isə dezaksiriboviruslar kimi tanınırlar.

RNT tərkibli viruslara aşağıdakı qrupları misal göstərmək olar: Ortomyxoviridae (qrip virusları), Paramyxoviridae (buraya qızılca, epidemik parotit və digər viruslar daxildir), Rhabdoviridae (quduzluq, vezukulyar stomatit və s.), Retroviridae (QİÇS virusu və s.), Picornaviridae (enteroviruslar, A hepatit virusu və s.), Reoviridae (reoviruslar, rotoviruslar) və digərləri.

DNT tərkibli viruslar qrupuna isə Poxviridae (məs: təbii çiçək virusu, çiçək vaksini virusu və b. ), Herpesviridae qrupu (sadə herpes, su çiçəyi, sitomeqaliya virusları və s.), Hepadnoviridae (insanın B hepatit virusu), Adenoviridae (insanın adenovirusları), Parvoviridae (adenoassosiyalaşmış viruslar) və digər qruplar daxildir.

DNT tərkibli viruslar müəyyən canlı hüceyrənin daxilinə düşərkən öz pərdələrini tərk edirlər Onların DNT-si üzərində virus zülallardan və yeni əmələ gəlmiş DNT-dən yeni viruslar formalaşır.Hüceyrə tam dağıldıqdan sonra növbəti hüceyrəni yoluxdurmağa qabil olan yeni yeni virus onu tərk edir.

RNT tərkibli retrovirusların ( retro “geri,arxaya”) inkişaf tsikli bir qədər fərqlidir:sahibin hüceyrəsinı düşərkən virusun RNT-si üzərində DNT-nin sintezi başlayır,yəni adi transkripsiya prosesinə əks olan proses baş verir.

Yorum bırakın