Yarpaq.

Bitkinin ən mühüm vegetativ orqanlarından biri olan yarpaq əsasən,zoğun qoltuq tumurcuğundan inkişaf edir.Kök və gövdədən fərqli olaraq yarpaq böyümə qabiliyyətindən məhrumdur.Tipik ikiləpəli bitkinin yarpağı saplaqayadan ibarətdir.

2

Bəzi bitkilərdə yarpaqaltlığı ( yarpaq əsasının yaşıl çıxıntıları və ya yarpaqcıqları) da olur.Yarpağın rəngi, adətən, yaşıl olur. Başqa funksiyanı yerinə yetirməsi ilə əlaqədar yarpağın forması dəyişilə bilər. Yarpaqda üzvi maddələr əmələ gəlir ki, bunların hesabına bitki öz orqanlarını qurur və bir qismini də ehtiyat qida halında müəyyən orqanlarda toplanır. Yarpaq eyni zamanda normal şəkildə və ya metamorfoz edərək çoxalmada iştirak edir. Yarpaqların əlavə köklər əmələ gətirmə xüsusiyyətindən istifadə edərək bitkiləri vegetativ surətdə çoxaldırlar.

Yarpaqda əsas funksiyanı yarpağın ayası yerinə yetirir.Yarpağın əsas funksiyaları aşağıdakılardır.

  • fotosintez
  • qazlar mübadiləsi
  • transpirasiya (suyun buxarlanması)

Yarpaqların formaları___ müxtəlif bitkilərin yarpaqları formasına,rənginə və ölçüsünə görə bir-birindən fərqlənirlər.

Normal yarpaqlarda saplaq yarpaq ayasını zoğa birləşdirməklə yanaşı onu işığa doğru yönəldir,zoğla arasında əlaqə yaradır.Lakin bəzi bitkilərdə yarpaq saplağı olmur.Saplaqsız yarpaqlara oturaq yarpaq deyilir.Məsələn,kətan,aqava,əzvay və qərənfil və.s.Bəzi bitkilərdə ( taxıllarda ) isə yarpaq qaidəsi genişlənərək buğumdan yuxarıda zoğu novça şəklində əhatə edir.Buna qın deyilir.

Yarpaqlar quruluşuna görə 2 qrupa ayrılır:
Sadə yarpaqlar___ saplaq üzərində yalnız bir yarpaq ayası olur.Xəzan zamanı yarpaqlar saplağı ilə birlikdə qopub düşür.
Mürəkkəb yarpaqlar__ ümumi saplağa iki və çox yarpaq ayası öz kiçik yarpaqları ilə birləşir.Xəzan dövründə ilk olaraq yarpaqcıqlar,sonra isə ümumi saplaq qopub düşür.

Mürəkkəb yarpaqlar quruluşuna görə :

maxresdefault

biologiya-yarpan-xarici-quruluu-8-638

Yarpaqların damarlamması__ Yarpaq ayasında gözə çarpan yarpağın damarları su və suda həll olmuş qida maddələri daşımaqla yanaşı,yarpaqlara möhkəmlik və elastiklik verir.Yarpaq aysında ,əsasən 3 cür damarlanma olur:

biologiya-yarpan-xarici-quruluu-9-638

  • Torşəkilli__yarpaq ayasında bir və ya bir neçə ana damar olur və o,çoxlu şəbəkə əmələ gətirir.Bu tip damarlanma çiçəkli bitkilərin əksəriyyətində,birləpəlilərdən isə qarğagözü bitkisində.

  • Paralel__ yarpağın qaidəsindən ucuna qədər damarlar paralel yerləşir.Əksər ikiləpəli bitkilər,o cümlədən taxıl bitkiləri.

  • Qövsvari__ yarpaq qaidəsindən ucuna qədər damarlar qövsvari yerləşir.Məsələn, inciçiçəyi,ikiləpəli bitkilərədən bağayarpağı.

Paralel və qövsvari damarlanmalarda ana damar olmur.

Yarpaqların düzülüşü___ yarpaqların zoğ oxunda müəyyən qaydada yerləşməsi yarpaqların düzülüşünə səbəb olub,əsasən 3 forması vardır.

biologiya-yarpan-xarici-quruluu-10-638 (1)

  • növbəli__ gövdədə hər buğumda bir yarpaq və ya tumurcuq yerləşir.Məsələn,çovdar,buğda,tozağacı,alma,günəbaxan,itburnu,gilas,heyva,qızılgül və.s

    6

  • qarşı-qarşıya__ hər buğuma iki yarpaq gövdənin üzərində qarşı-qarşıya düzülür.Məsələn, yasəmən,gicitgən,reyhan,nanə, və.s

    images (5)

  • topa__ hər bir buğuma 3 və daha artıq yarpaq yerləşirsə,buna topa düzülüş deyilir.Məsələn,oleandr,qarğagözü,qatırquyruğu,elodeya və.s

    8

Yarpağın daxili quruluşu.

Yarpağın daxili quruluşu. Yarpaq xaricdən dəricik adlanan şəffaf hüceyrələrlə örtülmüşdür. Üst və alt dəricik arasında yarpaq ləti yerləşir. Üst dəricik hüceyrələrinin altında çoxlu xloroplastlara malik sütunşəkilli hüceyrələrdən ibarət sütunvari toxuma yerləşir.

Sütunvari toxuma əsasən fotosintez funksiyasını yerinə yetirdiyindən yarpağın günəş işığı düşən hissəsində olur. Ondan altda qeyridüzgün formalı və xloroplastları nisbətən az olan süngərvaritoxuma yerləşir. Süngərvari toxuma hüceyrələri arasında içərisi hava ilə dolu hüceyrəarası sahə – boşluqlar olur.

Ağızcıqlar. Dəricik hüceyrələrinin bəziləri yaşıl rəngli olub ağızcıqlar əmələ gətirir. Ağızcıqlar iki qapayıcı hüceyrədən təşkil olunmuşdur. Onlar açılıb-qapanmaqla qaz və su mübadiləsini (transpirasiyanı) tənzimləyir. Quruda yaşayan bitkilərin əksəriyyətində ağızcıqlar yarpağın alt dəriciyində yerləşir. Viktoriya, suzanbağı bitkilərində onlar üst dəricikdə, süsən və kələmdə isə yarpağın hər iki tərəfində yerləşir.

Coord10.15_structure_of_leaf_v2

Ötülütoxumu bitkilərdə yarpaq ayasının 3 toxuma növünün hüceyrələri ( qapayıcı,sütünvari və süngər) fotosintez edə bilər.

biologiya-yarpan-daxili-quruluu-3-638

Yarpağın fizioloji vəzifələri.


Yorum bırakın