Hörümçəkkimilər sinfi.


 

4d-vision-tarantula-spider-anatomy-model.gif

 

Hörümçəyin bədəni baş-döş və qarıncıqdan ibarətdir.

                Baş-döş                                              Qarıncıq

  • 1 cüt üst çənə(xeliser)                            Ayaqları  yoxdur
  • 2 cüt ayaq-qolcuq(pedipalp)                 Buğumsuzdur
  • 4 cüt caynaqlı yerimə ayağı                  Arxa hissədə 3 cüt tor ziyilciyi
  • 4 cüt sadə gözcük                                    Nəfəsgah
  • Ağız boşluğu

 

Sinfin nümayəndələrinin əksəriyyəti quruda (nizəquyruq suuda yaşayır) yaşayır.70 mindən artıq növləri var.Bığcıqları olmr.4 cüt yerimə ayaqları,4 cüt sadə gözcük,1 cüt xeliser adlanan iyi uclu çənə çıxıntısı və pedipalp(ayaq qolcuqları) adlanan ikinci cüt ağız orqanı olur.Xeliserində 1 cüt zəhər vəzisi yerləşir.Xeliser,qidalanmada və  müdafiədə iştirak edir.Hörümçək pedipalpla qidanı araşdırır.göz

xarici quruluşu

Qarıncığında ətraflar yoxdur.Qarıncığının sonunda 3 cüt tor ziyilciyi var.Atmosfer havası ilə tənəffüs edir.Mayalanma daxildir.hörüm daxili

Həzm sistemi: Yırtıcıdır.Qidasını tutucu torun hesabına əldə edir.Tora düşün ova xeliserini sancır və onu zəhərləyir.Zəhər həm ovu öldürür,həm də qidanı həzm olunmasını təşkil edir.Bu zəhər həm də həzm şirəsidir. Zəhər və həzm şirəsi onun daxili möhtəviyyatını mayeləşdirir. Hörümçək isə sonra həmin mayeni sorur.

Hörümçəyin həzminin ilk mərhələsi bədəndən kənarda gedir.Ona görə də hörümçək xaricində həzm gedə bilən yeganə canlıdır

Qidanın həzm kanalında getmə ardıcıllığı.

Xaricdə həll olmuş qida ___ Ağız ____Ön bağırsaq ___Mədə(1 cüt selik vəzi) ___Arxa bağırsaq ____Anal dəlik

 

həzm sistemi

Tənəffüs sistemi: 1 cüt ağciyər kisəsi,1 cüt traxeya.Bu orqanlar qarıncıqda yerləşir.

Qan-damar sistemi : Açıqdır.Ürək boruşəkillidir.Ürək qarıncıqda yerləşir.f91c3bd7-b3a1-4c12-8058-95413a0b518a

 

İfrazat sistemi : Malpigi boruları və xüsusi vəzilərdən təşkil olunub.Malpigi borularının bədən boşlğnda olan ucu kor qurtarır,digər ucu isə arxa bağırsağa açılır.

 

Sinir sistemi : Sinir düyünləri və sütunları.Udlaqüstü sinir düyünündən gözlərə və xeliserə,udlaqaltı sinir düyünündən isə pedipalpa və yerimə ayaqlarına sinirlər gedir.

 

Hiss orqanları: Əsas hiss orqanı başında yerləşən 4 cüt sadə göz və lamisədə iştirak edən pedipalplarıdır.Hissiyyatda həmdə ətrafında olantekceklər də iştirak edir.

Çoxalması və inkişafı : Ayrıcinsiyyətlidir.Dişilər erkəklərdən iri olur.Dişilər yumurtanı baramanın içərisində qoyur və qışda ölür.Yazda baramadan kiçik hörümçəklər inkişaf edir.

hörümçəkkimilər

Yorum bırakın